Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirib. Onlayn seminarın təşkil olunmasında məqsəd kibertəhlükəsizlik təhdidlərindən qorunmaq yolları barədə məlumatların təqdim edilməsi olub. Seminar zamanı kart məlumatlarının qorunması, rəqəmsal ödəniş qaydalarından düzgün və təhlükəsiz istifadə barədə danışılıb. Eyni zamanda beynəlxalq təcrübədən nümunələr əsasında müəyyən qeydlər göstərilib.
Onlayn seminarı 50-ə yaxın iştirakçı dinləyib.