İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "Yaşıl iqtisadiyyat" kitabı Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təqdim olunub. Tədbiri universitetin rektoru İlham Mədətov açıb. O, "Yaşıl iqtisadiyyat" mövzusunda monoqrafiyanın yazılmasının önəmi və "yaşıl düşüncə" tərzinin formalaşdırılmasının zəruriliyi barədə ətraflı danışıb.
Monoqrafiya barədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn çıxış edib. ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov mövzu ilə bağlı fikirlərini bildirib. Həmçinin "Yaşıl iqtisadiyyat" monoqrafiyasının həmmüəllifi, İİTKM-in İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov, universitetin Menecment və iqtisadiyyat kafedrasının müəllimləri mövzu ətrafında müzakirələrə qoşulub.
Sonda monoqrafiyanın həmmüəllifləri ATMU-nun tələbələrinin "yaşlı iqtisdiyyat" mövzusunda maraqlandıran suallarına cavab veriblər.