28 noyabr 2022, 16:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Macarıstanın Xarici Əlaqələr və Ticarət institutunun professoru Laszlo Vasa ilə görüş keçirilib. İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı qonağı qəbul edib və tərəflər iki dost ölkə arasında gələcək əməkdaşlıq imkanlarını, birgə layihələri, o cümlədən türk dövlətləri iqtisadiyyatına dair kitaba verəcəyi töhfədən danışıblar.

Qeyd edək ki, İİTKM-in hazırladığı “Türk İqtisadi İcmalı”nda bundan sonra Macarıstana aid də bölüm yer alacaq.

Macarıstanın Xarici Əlaqələr və Ticarət institutunun professoru Laszlo Vasa “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində də olub. Ona Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az