İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) meneceri Ayhan Satıcı “VUCA – Dünya şəraitində menecment və iqtisadiyyatın inkişafının müasir yolları” mövzusunda ali təhsil müəssisələrinin tədqiqatçılarının və gənc alimlərinin iştirak etdiyi elmi-praktiki konfransda “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın post-konflikt quruculuğu modeli və Zəngəzur Dəhlizinin Avrasiya regionunda iqtisadi əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Konfransı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Xarkov Milli Avtomobil Yolları Universiteti, Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Universiteti və Milli Nəqliyyat Universiteti birgə təşkil edib.
Onlayn formatda keçirilən konfransda Xarkov Milli Avtomobol Yolları Universitetinin professoru İnna Şevçenko, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışlar edib.
AzMİU-nun “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov çıxış edərək post-konflikt dövründə Qarabağ və Şərgi Zəngəzur regionlarında iqtisadiyyatın bütün sahələrində həyata keçirilən infrastruktur layihələr və onların perspektiv inkişafı, Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.