28 oktyabr 2022, 10:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynov Almaniyanın Brandenburq Texnologiya Universiteti və İqtisadiyyatda Material Axınlarının İdarəedilməsi İnstitutunun birgə təşkil etdiyi “Dairəvi iqtisadiyyat” (Circular Economy) həftəsində iştirak edib.

Rəşad Hüseynov beynəlxalq konfrasda Azərbaycanda dairəvi iqtisadiyyatın perspektivləri mövzusunda təqdimat edib və dairəvi iqtisadiyyatda gələcək qlobal çağırışlarla bağlı müzakirələrdə iştirak edib.

R.Hüseynov qeyd edib ki, hər il ənənəvi təşkil olunan “Dairəvi iqtisadiyyat” həftəsində dünyanın nüfuzlu iqtisadçıları təcrübə mübadiləsi həyata keçirirlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az