27 oktyabr 2022, 14:33

 İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə "Əlverişli Biznes Mühiti" layihəsinin "Beynəlxalq ticarət" indikatoru üzrə işçi qrupunun görüşünə qatılıb.

Görüş çərçivəsində beynəlxalq ticarət prosedurlarının və qaydalarının geniş və ardıcıllıqla izah edildiyi ticarət informasiya portalının yaradılması ilə bağlı müzakirə aparılıb. Müzakirə zamanı İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən vahid ticarət informasiya portalının yaradılması istiqamətində təkliflər irəli sürülüb. Həmçinin, İİTKM-in bu istiqamətdə hazırladığı ticarət informasiya portalının ilkin hissəsi aidiyyəti dövlət qurulmarı ilə müzakirə edilib. Görüş çərçivəsində dövlət qurumlarının təklif və rəylərinin nəzərə alınacağı ilə bağlı razılıq bildirilib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az