İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupun görüşündə iştirak edib.
Quba şəhərində reallaşan görüşdə rəqəmsal hökumət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən və icrası nəzərdə tutulan layihələrdən danışılıb, həmçinin rəqəmsal xidmətlərin təbliği və təşviqi, dövlət informasiya resurlarında kibertəhlükəsizlik mövzularında təqdimatlar edilib.