10 oktyabr 2022, 12:12

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

 “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi ilə keçirilən iclasda “Su şəbəkəsinə qoşulma” indikatoru üzrə hazırlanan matrisa sənədinin son variantının təqdimatı olub. E.Məmmədov bildirib ki, diaqnostika matrisasında təqdim olunan nümunəvi formaya uyğun ətraflı və əsaslandırılan məlumatlar, zəruri qanunvericilik sənədləri əksini tapıb.

  Komissiyanın katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev hazırlanan matrisa sənədində əksini tapan tədbirlərin “Su şəbəkəsinə qoşulma” sahəsində təkmilləşdirilmələrə müsbət töhfə verəcəyini bildirib.

  İclasda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilən müddətlərdə və effektiv həyata keçirilməsi, eləcə də qurumlararası əlaqələrin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az