07 oktyabr 2022, 10:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov rəqəmsal ticarət üzrə İşçi Qrupun iclasında iştirak edib.

Görüşdə Azexport.az portalının rəhbəri Ayxan Qədəşov da təqdimatla çıxış edib. O, Azexport portalı tərəfindən sahibkarlara təqdim olunan innovativ həllər barədə məlumat verib. Daha sonra portalın rəqəmsal ticarət sahəsində tətbiqini planlaşdırılan layihələr barədə məlumat mübadiləsi aparılıb.

Qeyd edək ki, Rəqəmsal Ticarət üzrə  İşçi Qrup Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrasının təmin olunması məqsədilə yaradılıb. Bu dəfəki iclasda rəqəmsal ticarət indeksinin ölçülməsi, gömrük əməliyyatları və müvafiq qanunvercilik sahəsində görülmüş işlərlə bağlı məlumat verilib, həyata keçiriləcək tədbirlərin effektiv koordinasiyasının təmin olunması barədə fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az