21 sentyabr 2022, 11:23

  İİTKM-in departament rəhbəri Rəşad Hüseynov “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edib.

  Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkil etdiyi konfrans Şuşada və Bakıda keçirilib. R.Hüseynov “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunan panel müzakirələrində çıxış edib. O, konfrans iştirakçılarını yaradıcı sənayelərin maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması və bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyət istiqamətləri barəsində məlumatlandırıb. Eyni zamanda, maliyyəyə çıxışda beynəlxalq təcrübə və onun ölkəmizdə tətbiqi və İİTKM-in yaradıcı sənayelərlə bağlı apardığı tədqiqatların nəticələri barədə məruzə edib.

İİTKM-in departament rəhbərinin müavini Günay Quliyeva konfransa “Qarabağda ağıllı şəhər və ağıllı kənd” konsepsiyası: Siyasət və reallaşdırma” mövzusunda məqalə təqdim edərək, mövzu ətrafında olan müzakirələrdə iştirak edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az