06 sentyabr 2022, 12:39

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı son səkkiz ay ərzində “Amazon” və “eBay” elektron ticarət platformalarında 40-dan artıq çeşiddə yaradıcı mədəniyyət sənayesi məhsulunu beynəlxalq alıcılara təqdim edib. Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, pilot layihə çərçivəsində hazırda nümayiş olunan məhsullara xarici alıcılar tərəfindən maraq böyükdür. Onun sözlərinə görə bu səbəbdən marağı nəzərə alaraq, bu qəbildən olan məhsulların “Amazon” və “eBay” platformalarında sayının artırılmasına ehtiyac var. Ayxan Qədəşov bu məqsədlə portal sənətkarlıq işləri, milli suvenirlər, rəsm əsərləri, əl işləri və digər yaradıcı mədəniyyət sənayesi məhsulları istehsal edən fərdi sahibkarları portalla yaxından əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, Azexport portalı tərəfindən təqdim olunan xidmətə dair komissiya və ya əlavə ödəniş tələb olunmur. Maraqlı şəxslər 0502958687, 0125213494 telefon nömrələri və ya office@azexport.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az