26 avqust 2022, 15:12

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalında “Amazon” və “Ebay” platformalarında elektron ticarətə başlayan bir qrup gənclə görüşü keçirilib.

 Görüşdə elektron ticarət sahəsində mövcud vəziyyət, yeni ticarətçilərin əsas diqqət etməli olduğu məqamlar, trendlərə adaptasiya, satış bazarlarının spesifikliyinin təhlilinə  dair mövzularda geniş müzakirə aparılıb. Beynəlxalq platformalarda satışlara başlayan gənclərə təcrübədən irəli gələn tövsiyələr verilib. Həmçinin platformalardan istifadəyə dair praktik nümunələr nəzərdən keçirilib.  Azexport portalının rəhbəri Ayxan Qədəşov oxşar görüşlərin bölgələrdə də davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az