Enterprise Azerbaijan və Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşmaya əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Nevada Universiteti “İqtisadi artım – İnnovasiya və StartUp” mövzusunda birlikdə dərslik hazırlayacaqdır. Bu xüsusda İİTKM və Nevada Universitetinin Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun arasında görüş keçirilib.
Görüşdə dərsliyin əsas xitab kütləsi, istiqamətləri, hədəfləri və aktuallığı müzakirə olunub.
Həmmüəlliflər - professor Mehmet Tosun, dosent Mətanət Musayeva, dosent Urxan Seyidov, dosent Mətanət Rəsulova və fəlsəfə doktoru Rəşad Hüseynov dərsliyin Azərbaycanda startap ekosisteminin formalaşmasına yeni tövhə verəcəyini və akademik boşluqların aradan qaldırılması üçün əhəmiyyətli vasitə olacağını vurğulayıblar.
Gələcəkdə İİTKM və Nevada Universiteti arasında akademik sahədə əməkdaşlıqların davam etdirilməsi perspektivləri dəyərləndirilib.