EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Ətraf mühit, sosial və idarəetmə (ESG) platforması: mövcud imkanlar və inkişaf perspektivləri” mövzusunda Dəyirmi Masada iştirak edib.
Tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2022-ci il üçün fəaliyyət planı çərçivəsində keçirilib.
Dəyirmi masada qarşıdakı dövrdə ESG yanaşmasının tətbiqi, ESG prinsiplərinin təşviqi, eləcə də bu sahədə səylərin birləşdirilməsi və birgə platformanın yaradılması müzakirə edilib.