17 iyun 2022, 15:18

Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Özbəkistanda keçirilən "Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri" adlı beynəlxalq tədbirdə çıxış edib. O, çıxışında portalın yaratdığı imkanlar və əldə etdiyi uğurlar barədə danışıb. A.Qədəşov portal vasitəsilə Özbəkistandan Azərbaycana daxil olan ixrac sifarişlərinin tərkibi barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən məruzəçilər Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi və enerji əməkdaşlığı imkanları panelləri üzrə çıxışlar edib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutun birgə təşkilatçılığı ilə baş tutub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az