17 may 2022, 17:10

“Formula 1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq. Bununla əlaqədar 18 may - 20 iyun 2022-ci il tarixlərində  malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təqdim olunacaq.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 47 (Hüseyn Cavid parkının yaxınlığında).


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az