16 may 2022, 14:40

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbri Ayxan Qədəşov İmişli rayonunda fəaliyyət göstərən sahibkarlar və rayon gəncləri ilə görüşüb.

İmişli rayon İcra hakimiyyəti, İmişli "KOB Dostu" və "Gənclərin İnkişaf və Karyera Mərkəzinin İmişli nümayəndəliyi" ilə baş tutan tədbirdə Azexport.az portalının iş prinsipi və təqdim etdiyi imkanlar barədə məlumatlar verilib. Daha sonra tədbir iştirakçılarına ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi nüfuzlu beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair ətraflı məlumatlar təqdim olunub. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, analoji görüşlərin Azərbaycanın digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az