12 may 2022, 16:45

İmişli rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq. İmişli rayon İcra hakimiyyətinin və İmişli "KOB Dostu"nun dəstəyi ilə baş tutacaq tədbirdə Azexport.az portalının iş prinsipi və portalın təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə ticarətdə tətbiq olunan rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi nüfuzlu beynəlxalq elektron ticarət platformaları və “Payoneer” ödəniş sisteminə dair müzakirələr aparılacaq.

Tədbir 13.05.2022-ci il saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Sahə üzrə maraqlı şəxslər görüşə qatıla, həmçinin, natiqlərə suallarını ünvanlaya bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az