Azexport portalı "International Consortium of E-Commerce Development (ICED)" beynəlxalq konsorsiumuna həmsədr seçilib.
Beynəlxalq təşkilatın əsas məqsədi müxtəlif ölkələrdə elektron ticarət sahəsində faliyyət göstərən qurumların birgə fəaliyyətin təşkili, beynəlxalq ticarətdə rəqəmsal həllərin təşviqi, nağdsız ödənişlərin stimullaşdırılması, sahə üzrə yeni layihələrin icrası, təlimlərin təşkili və beynəlxalq təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsidir.
Hazırda ilkin mərhələ olaraq təşkilata Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Norveçdən olan 25-dək üzvün qoşulması prosesi həyata keçirilir.
İl sonuna qədər təşkilat üzvlərinin 100-ə çatması proqnozlaşdırılır.