23 fevral 2021, 12:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüş keçirib. “Tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar” adlı vebinarda 14 hüquq və konsaltinq şirkətinin 24 nümayəndəsi iştirak edib.

  Tikintiyə icazələrin verilməsi işçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini D.Dövlətxanov tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə qanunvericilik sahəsində aparılan islahatlar barədə məlumat verib. Tikinti və istismara icazə prosesini asanlaşdıran “Bir pəncərə” sisteminin funksionallığı haqda məlumat təqdim olunub.

 Vebinarda “Doing Business” hesabatında qanunvericiliklə bağlı yer alan məqamlara dair iştirakçılara məlumat verilib. Həmçinin “Tikinti və istismara icazələrin verilməsi ilə bağlı hüquqi problemlər və qanunvericilik sahəsində təkmilləşdirmə imkanları” mövzusunda suallar cavablandırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az