İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Qlobal Həllər Sammiti"ndə iştirak edib.
Yüksək səviyyəli dövlət rəsmilərini, beynəlxalq akademik və tədqiqatçıları, QHT rəhbərlərini və icraçı direktorları bir araya gətirən Qlobal Həllər Sammitinin məqsədi ümumi mənafe üçün daha yaxşı qlobal idarəetmə imkanlarının müzakirə olunmasıdır.
Sammitdə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans, OECD-nin baş katibi Mathias Korman, Almaniya kansleri Olaf Şolz, Almaniyanın İqtisadiyyat və İqlim üzrə federal naziri Robert Habek, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə federal naziri Svenya Şulz, Think20 İndoneziyanın aparıcı həmsədri Bambanq Brodjoneqoro, PwC-nin qlobal sədri Bob Moritz və Qlobal Həllər Təşəbbüsünün prezidenti Dennis Y. Snover çıxış edib.