Şamaxı rayonunda keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.
Dövlət qurumlarının nümayəndələrinin, həmçinin digər aidiyyatı şəxslərin iştirak etdiyi görüşdə rəqəmsal hökumət ekosisteminin qarşısında duran çağırışlar, bu istiqamətdə atılan addımlar və gələcəyə olan planlar, dövlət informasiya sistemləri və xidmət dizaynı üzrə standartlar, data əsaslı xidmət konsepsiyasının yaradılması, İKT sahəsində kadr hazırlığı, son dövrdə həyata keçirilmiş layihələr və digər məsələlər haqqında müzakirələr aparılıb.