04 mart 2022, 11:20

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türkiyənin KOSGEB təşkilatının İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahinin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Vüsal Qasımlı Azərbaycanda yaradılmış əlverişli biznes mühiti şəraitində kiçik və orta sahibkarlığın inkişafı üçün görülən işlər barədə məlumat verib. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2016-2021-ci illərdə 88 faiz icra olunduğu qeyd edilib. KOBİA, EnterpriseAzerbaijan.com, Azexport, KOB evləri kimi institutsional islahatlara bərabər maliyyə-kredit, sığorta, vergi, gömrük və dövlət satınalmaları sahəsində kiçik və orta biznesə verilən dəstək müzakirə olunub. Görüşdə Türkiyə və Azərbaycan arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində birgə layihələr barədə də fikir mübadiləsi olub.

Salih Tuna Şahin həmçinin İİTKM-in nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara yaradılan şəraitlə də tanış olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az