İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Harvard Universiteti Kennedi İdarəçilik Məktəbində qonaq alim kimi mühazirə deyib. "İqtisadi şaxələndirmə" adlanan mühazirədə Vüsal Qasımlı strateji planlaşdırma və çevik idarəetmə əsasında iqtisadi siyasətin formalaşmasını izah edib: "İqtisadi şaxələndirmə zamanı daxili resurs dəyəri əsasında rəqabət qabiliyyətli sahələrin müəyyənləşdirilməsi, həmçinin buraxlış, gəlir və məşğulluq multiplikatorları əsasında iqtisadiyyatın strukturunun optimallaşdırılması həyata keçirilməlidir. İqtisadi şaxələndirmə səmərəlilik və davamlı inkişaf, o cümlədən, fiskal dayanıqlıq üçün fundament rolunu oynayır."
V.Qasımlı mühazirə zamanı Azərbaycanda strateji yol xəritələrinin qəbulu, icrası, monitorinq, qiymətləndirmə və kommunikasiyası sahəsində təcrübəni bölüşüb.