15 fevral 2022, 10:12

Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP) iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının "Azərbaycan - ən yaxşı investisiya ünvanı" mövzusunda araşdırmasını rəsmi səhifəsində yerləşdirib. V.Qasımlının sözügedən məqaləsini bundan əvvəl "The London Post" nəşr edib. Məqalə ilə bu linkdən tanış olmaq mümkündür:

 https://www.kiep.go.kr/board.es?mid=a20602040000&bid=0049

Qeyd edək ki, Vüsal Qasımlı 2013-cü ildə KİEP-də qonaq alim kimi çalışıb, eyni zamanda Hanyan və Hankuk universitetlərində mühazirələr oxuyub. Dünyanın bir çox tanınmış alimləri KİEP-də qonaq alim kimi tədqiqatlar aparıb. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az