07 yanvar 2022, 15:10

6 yanvar tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində tələbələr “Creative Spark” layihəsi ilə tanış olublar.

2018-ci ildə British Council tərəfindən yaradılan bu proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirir, həmçinin gənclərin  yaradıcı iqtisadiyyatda rolunu artırır.

Layihənin ölkə üzrə meneceri Elnur Əliyev tələbələrə proqramın komponentləri , “Big idea” video təqdimat müsabiqəsi, tərəfdaş universitetlərin tələbələri üçün yaratdığı imkanlar və layihənin uğur hekayələri haqqında ətraflı məlumat verib.

Görüşdə keçiriləcək silsilə tədbirlərə dair müzakirələr aparılıb.

Qeyd edək ki, “Creative Spark” Proqramı İİTKM və NewCastle Universiteti ilə birgə Britaniya Şurasının dəstəyi ilə icra olunur.

Layihə ilə tanış olmaq üçün : https://www.britishcouncil.az/en/programmes/education-society/creative-spark


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az