23 dekabr 2021, 17:28

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Museyibov Bakı Ali Neft Məktəbində keçirilən “Zəfər yolunun davamı: Qarabağda yeni iqtisadiyyat quruculuğu” mövzusunda konfransda çıxış edib.

Ayaz Museyibov Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, Ağıllı şəhər və kənd layihəsi, Azərbaycanın strateji inkişaf kontekstində regionda realizasiya edilən mega infrastruktur layihələri və  gələcək istiqamətləri, BMT-nin Dayanıqlı şəhərlər və icmalar məqsədi üzrə məlumatlar vermiş və xüsusi təqdimat edib.

Yekunda Ayaz Museyibov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, universitetə yüksək balla daxil olan tələbələr və digər rəsmi şəxslər iştirak edib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az