22 oktyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında onlayn görüş keçirilib.
Görüşdə KOB dostları üçün İİTKM əməkdaşları tərəfindən 27 avqust 2018-ci il tarixli 431 nömrəli Prezident Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”yə əsasən yaradılmış dövlət və özəl tərəfdaşlığı plarforması olan Azranking.az portalının təqdimatı keçirilib. Portal vasitəsilə sahibkarların islahatlar prosesində iştirakçılığı prosesi əhatəli izah olunub.
Daha sonra KOB dostlarına İİTKM-in innovativ layihələri olan Azexport.az və EnterpriseAzerbaijan.com portalları haqqında əməkdaşlar tərəfindən geniş məlumat verilib.