26 oktyabr 2026, 14:17

Prezident İlham Əliyev “Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrasında səmərəliliyin artırılması, inzibati prosedurların təkmilləşdirilməsi, icra intizamının gücləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Sərəncamın 3.1-ci bəndinin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM tərəfindən həyata keçiriləcək. Bu çərçivədə monitorinq və qiymətləndirmə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı mövcud prosedur və mərhələlər üzrə icra intizamının cari vəziyyətinin, müəyyən edilmiş müddətlərə riayət olunmasının və gecikmə səbəblərinin təhlilini əhatə edəcək.

Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasına dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin aradan qaldırılması, normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərə riayət olunması və aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı vəzifələr həvalə edilib.
Mənbə: https://president.az/az/articles/view/74306


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az