12 oktyabr 2026, 12:38

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun “Davamlı inkişaf siyasəti” adlı dərsliyinin təqdimatı keçirilib. Dərsliyin elmi rəyçisi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlıdır.
Təqdimat mərasimində dərsliyin məzmunu və əsas istiqamətləri ilə bağlı məlumat verilib, Azərbaycanda dövlət idarəçiliyi sahəsində qazanılmış nailiyyətlər, ölkəmizdə aparılan davamlı inkişaf siyasəti və  müasir idarəetmə mexanizmləri ilə bağlı məsələlər diqqət mərkəzində olub. Həmçinin inklüziv və səmərəli dövlət idarəçiliyinin davamlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynadığı qeyd edilib.
Tədbirdə dövlət və elm xadimləri, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az