14 oktyabr 2021, 14:16

Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən elektron ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında e-kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində bu üç ölkədən Almaniyaya məhsul ixrac edilib.  Azərbaycan üçün virtual anbar olaraq pilot layihəyə cəlb edilmiş milli portal “Azexport.az”ın rəhbəri Ayxan Qadaşov Almaniyadakı “e-Bay” portalı vasitəsilə sifariş edilmiş mallar haqqında məlumatların poçt və gömrük oqranlarına avtomatik şəkildə təqdim olunmasının praktiki olaraq sınaqdan keçirildiyini və pilot layihə ərzində Azərbaycanın “ISAR Group” şirkəti tərəfindən hazırlanan əl işi taxta əşyanın Almaniyaya çatdırıldığını bildirib. A.Qədəşov əlavə edib ki, EU4Digital tərəfindən icra edilən virtual anbar layihəsi B2C seqmentindən olan alıcı və satıcıları dəstəkləməyi hədəfləyir və Azərbaycanda bu seqmentdən olan çox sayda kiçik və orta biznes mövcuddur. 

Əteraflı: https://bit.ly/3aEVEsZ

 

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az