Görüşdə yeni kiçik sahibkarlar üçün proqramlar, mentorluq və layihə dəstəyi həyata keçməsi ilə yanaşı, startlaplara dəstək mexanizmi, layihələrin iqtisadi inkişaf yolları və əkin əvvəli və toxum inkişaf mərhələlərində startapları kommersiyalaşdırma məsələsi, eləcə də ABA-nın ABTM vasitəsi həyata keçirdiyi təlim sahəsindəki fəaliyyəti müzakirə olunub.
Xatırladaq ki, www.enterpriseazerbaijan.com portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2018-ci il tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.
www.enterpriseazerbaijan.com internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.