Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Nazirlər Kabinetinə proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi tapşırılıb. Hökumət, həmçinin proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Sənədə əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə proqram üzrə tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitin nəzərdə tutulması ilə bağlı tədbirlər görmək tapşırılıb.