19 avqust 2026, 09:43

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi islahatlar” elmi jurnalı ASCI (Asian Science Citation Index) beynəlxalq elmi istinad indeksinə daxil edilib.

ASCI elmi jurnalların keyfiyyətinin qiymətləndirilməsi, onların beynəlxalq akademik mühitdə tanıdılması və elmi kommunikasiyanın inkişafına xidmət edən indeksləşdirmə sistemlərindən biridir. İndeks müxtəlif elm sahələri üzrə nəşr olunan jurnalları vahid məlumat bazasında təqdim edir.

“İqtisadi islahatlar” jurnalının ASCI beynəlxalq elmi istinad indeksinə daxil edilməsi jurnalın beynəlxalq akademik informasiya məkanında mövqeyinin möhkəmlənməsinə, müəlliflərin elmi işlərinin daha geniş oxucu auditoriyasına çatdırılmasına və beynəlxalq istinad potensialının artırılmasına xidmət edəcək.  

Jurnalın ASCI-də qeydiyyatı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://ascidatabase.com/masterjournallist.php?v=2790-2196


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az