İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İnnovasiya şöbəsinin əməkdaşı Nailə Cəfərova Çin Xalq Respublikasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq proqramı çərçivəsində “Bir kəmər, bir yol” ölkələri üçün ağıllı səhiyyə təhlükəsizliyi sistemlərinin qurulması mövzusunda beynəlxalq seminarda iştirak edib.
Seminar çərçivəsində səhiyyə sahəsində iqtisadi idarəetmə, rəqəmsal texnologiyaların və süni intellekt həllərinin səhiyyə sistemində tətbiqi, eləcə də bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə və əməkdaşlıq imkanları müzakirə olunub.
Proqram çərçivəsində iştirakçılar üçün Pekin və Tyancin şəhərlərində fəaliyyət göstərən səhiyyə, innovasiya və elmi-tədqiqat müəssisələrinə tanışlıq səfərləri təşkil edilib. Səfər zamanı iştirakçılar “Yizhuang” Biotibb Sənaye Parkının İnzibati Komitəsi, Tyancin Tibbi Sərfiyyat Materiallarının Mərkəzləşdirilmiş Satınalma Platforması, Tyancin Ürək-Damar Xəstəxanası və Pekin Universiteti Xalq Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olub, ağıllı səhiyyə həlləri, tibbi xidmətlərin idarə edilməsi və innovativ yanaşmalar üzrə təcrübə mübadiləsi aparıblar.