24 sentyabr 2021, 09:53

ADA Universitetində “İqtisadi artım” kitabının təqdimatı olub. Kitabın təqdimatında çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan iqtisadiyyatının üç dəfədən çox böyüməsi müasir iqtisadi tarixdə nadir hallarda rastlanan hadisədir. Milli iqtisadiyyat həm də, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın müzəffər qələbəsi, post-koflikt quruculuğu, milli təhlükəsizlik və sosial rifahın təmin olunmasında mühüm rol oynayır. “İqtisadi artım” kitabında ikinci dünya müharibəsindən sonra Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və Çində iqtisadi inkişafın təmin olunmasında liderlərin rolu qiymətləndirilir və qeyd olunur ki, Azərbaycan iqtisadi modelinin uğurlu inkişafının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən ardıcıl siyasətlə davam etdirilir.

“İqtisadi artım” kitabına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının tövsiyyəsinə uyğun olaraq dərslik statusu verilib.

"İqtisadi artım" kitabının müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır.

Kitab Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın dəstəyilə nəşr edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az