20 iyul 2026, 14:52

Prezident İlham Əliyev "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək, eyni zamanda icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edəcək.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az