İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova Çində insan resurslarının inkişafı sahəsində əməkdaşlıq proqramı çərçivəsində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün səhiyyə sahəsində iqtisadi idarəetmə” mövzusunda seminarda iştirak edib.
Seminarda səhiyyə sahəsində iqtisadi idarəetmə və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin iştirakçılar səhiyyə sahəsində iqtisadi idarəetmə, xəstəxana idarəçiliyi, rəqəmsal səhiyyə, ictimai sağlamlıq və səhiyyənin maliyyələşdirilməsi istiqamətlərində keçirilən mühazirələrdə iştirak ediblər. Bundan əlavə, aparıcı tibb müəssisələrinə təşkil olunan səfərlər zamanı Çinin qabaqcıl təcrübəsi təqdim olunub. Tədbirdə yeddi ölkədən 30 nümayəndə iştirak edib.