İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə Türkiyənin Kilis 7 Aralık Üniversitesi arasında əməkdaşlıq imkanlarının araşdırılması və ortaq layihələrin inkişaf etdirilməsi məqsədilə onlayn görüş keçirilib.
Görüşdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, portalın layihə meneceri Aydan Hüseynzadə, Bakı Mühəndislik Universitetinin Texnologiya Transfer Ofisinin direktoru Bünyamin Seyidov, Kilis 7 Aralık Universitetinin professorları Meryem Kuzucu, Telli Axundova və Zeliha Açar iştirak ediblər.
Müzakirələr zamanı innovasiya, sahibkarlıq, texnologiya transferi, elmi-tədqiqat fəaliyyətləri, iqlim dəyişiklikləri, kənd təsərrüfatı və humanitar elmlər üzrə birgə layihələrin həyata keçirilməsi, akademik-biznes əməkdaşlığının genişləndirilməsi, eləcə də beynəlxalq proqramlar çərçivəsində ortaq təşəbbüslərin hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihə istiqamətlərinin müəyyənləşdirilməsi üzrə razılığa gəliblər.