İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalının beynəlxalq akademik informasiya, elmi axtarış və istinad analitikası platformalarında daha geniş miqyasda indekslənərək qlobal elmi dövriyyədə iştirak imkanlarını artırıb. Jurnalın məqalələri və DOI əsaslı metadata məlumatları artıq aşağıdakı platformalarda da izlənilə bilir:
- J-Gate – beynəlxalq elektron jurnallar və elmi məqalələr üzrə ən böyük akademik axtarış platformalarından biridir.
- The Lens – beynəlxalq elmi və patent məlumatlarının axtarışı və analitikası platforması;
https://www.lens.org/lens/scholar/article/104-121-552-458-303/main
- DataCite Commons – DOI əsaslı elmi metadata və tədqiqat obyektlərinin izlənməsi sistemi;
https://commons.datacite.org/doi.org?query=İqtisadi+İslahatlar
- ResearchRabbit – elmi ədəbiyyatın əlaqələndirilməsi və tədqiqat xəritələrinin qurulması platforması;
https://app.researchrabbit.ai/search/f932e1d0-4e74-4714-ac48-e325fe0f56a8/0
- Connected Papers – elmi məqalələr arasında əlaqələrin vizuallaşdırılması və istinad şəbəkələrinin təhlili aləti;
Bu platformalarda təmsil olunma “İqtisadi islahatlar” jurnalının beynəlxalq elmi dövriyyədə tanınmasını gücləndirir, jurnalda dərc olunan məqalələrin axtarış imkanlarını genişləndirir, DOI əsaslı görünürlüğünü artırır və istinad potensialının izlənməsi üçün yeni imkanlar yaradır. Xüsusilə “The Lens”, “DataCite Commons”, “ResearchRabbit” və “Connected Papers” kimi platformalarda iştirak jurnalın elmi məqalələrinin qlobal tədqiqat şəbəkələrinə inteqrasiyasını sürətləndirir, “J-Gate” platformasında təmsil olunma isə jurnalın beynəlxalq akademik auditoriyaya çıxış imkanlarını daha da artırır. Bu nailiyyət Azərbaycanın iqtisadi islahatlar, dayanıqlı inkişaf, institusional keyfiyyət, rəqəmsal idarəetmə və iqtisadi siyasət sahələrində formalaşan elmi-analitik potensialının beynəlxalq akademik mühitdə tanıdılmasına mühüm töhfə verir.