İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində Bakı Biznes Universitetində təlim və infosessiya keçirilib. Tədbirdə universitetin pedaqoji heyəti və tələbələri iştirak ediblər.
İnfosessiyada bildirilib ki, “Startup School 4” beş qitədən 500 startapı əhatə etməyi hədəfləyir. Proqramda iştirak edən startaplar qlobal bazara çıxış, investorlarla birbaşa əlaqələr qurmaq imkanları qazanacaqlar.
Sonra "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov startapların formalaşdırılması və inkişafı mövzusunda təlim keçib. Təlimdə ideyanın biznes modelinə çevrilməsi, startapların ilkin mərhələdən böyümə mərhələsinə keçidi və bazara çıxış strategiyaları üzrə praktiki yanaşmalar izah edilib.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində startapların qeydiyyatı davam edir.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register