İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İqtisadi islahatlar” elmi-analitik jurnalı beynəlxalq elmi informasiya və akademik analitika platformalarında daha geniş miqyasda indekslənərək qlobal elmi dövriyyədə iştirak imkanlarını artırıb. Belə ki, jurnal artıq aşağıdakı platformalarda da təmsil olunur:
- BASE (Bielefeld Academic Search Engine) – Avropa akademik axtarış mühərriki:
- WorldCat – Dünyanın ən böyük kitabxana kataloqu:
https://search.worldcat.org/title/1419545660
- Semantic Scholar – Açıq elmi məlumat bazası:
https://www.semanticscholar.org/search?q=%C4%B0qtisadi%20%C4%B0slahatlar&sort=relevance
- Scinapse – Qlobal elmi məlumat və istinad platforması:
https://www.scinapse.io/search/papers?q=%C4%B0qtisadi+%C4%B0slahatlar&page=0&sort=RELEVANCE
Bu nailiyyət jurnalın beynəlxalq akademik mühitdə inteqrasiyasını gücləndirməklə yanaşı, elmi tədqiqatların izlənməsi, istinad göstəricilərinin təhlili və elmi təsir (impact) indikatorlarının qiymətləndirilməsi baxımından yeni imkanlar formalaşdırır. Bu platformalarda təmsil olunma Azərbaycanın iqtisadi tədqiqatlar sahəsində formalaşan analitik potensialının qlobal elmi mühitdə tanıdılmasına mühüm töhfə verir. Xüsusilə “BASE” və “Semantic Scholar” kimi açıq elmi məlumat bazalarında indekslənmə jurnalın beynəlxalq elmi dövriyyəyə inteqrasiyasını artırır, “WorldCat” kataloqunda iştirak isə onun Avropa və ABŞ kitabxana şəbəkələrində əlçatanlığını yüksəldir.