30 aprel 2026, 14:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və Qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova Qazaxıstan Respublikası Prezidentinin yanında Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin bazasında təşkil olunan beynəlxalq dəyirmi masada çıxış edib. S.Cabbarova “MDB ölkələrində sosial-humanitar tədqiqatlar: müasir çağırışlar, elmi əməkdaşlıq və inkişaf perspektivləri” başlığı ilə keçirilən müzakirədə “Azərbaycanda sosial-humanitar tədqiqatlar: reallıq və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Çıxış zamanı Azərbaycanda sosial-humanitar tədqiqatların mövcud vəziyyəti, elmi infrastrukturun inkişaf dinamikası, nəşr aktivliyi, eləcə də institusional və metodoloji çağırışlar təqdim edilmişdir. Xüsusilə elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və humanitar elmlərdə rəqəmsal yanaşmaların tətbiqi məsələlərinə diqqət yetirilib. Eyni zamanda sahənin inkişafı üzrə perspektiv istiqamətlər - multidissiplinar tədqiqatların gücləndirilməsi, rəqəmsal humanitar elmlərin inkişafı və elmi nəticələrin dövlət idarəetməsi və ictimai inkişaf proseslərində daha geniş tətbiqi imkanları nəzərdən keçirilib.

Tədbirdə Qırğızıstan, Özbəkistan, Azərbaycan və Rusiya Federasiyasından olan alimlər və elmi-analitik mərkəzlərin nümayəndələri iştirak edib.

Qeyd edək ki, beynəlxalq müzakirədə .20iştirak MDB ölkələri arasında elmi dialoqun gücləndirilməsi, təcrübə mübadiləsi və sosial-humanitar tədqiqatlar sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az