İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı tərəfindən icra edilən “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı çərçivəsində Avstraliya qitəsini təmsil edən tərəfdaş olaraq “MH Inspires” ictimaiyyətə təqdim edilib.
“MH Inspires” innovasiya və strateji konsaltinq sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat olaraq texnologiya və bilik transferi, kommersiyalaşdırma, yeni məhsul inkişafı, layihə idarəetməsi və keyfiyyət idarəetmə sistemləri üzrə geniş təcrübəyə malikdir.
“Startup School 4” proqramı çərçivəsində “MH Inspires” startaplarla əməkdaşlıq edərək onların ideyalarının kommersiyalaşdırılması, yeni məhsulların inkişafı, layihələrin effektiv idarə olunması və dayanıqlı biznes modellərinin qurulması istiqamətində mentorluq və praktiki dəstək göstərəcək. Eyni zamanda, təşkilat iştirakçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılmasına töhfə verəcək.
Qeyd edək ki, “Startup School 4” layihəsi üzrə onlayn qeydiyyat prosesi davam edir. Proqram çərçivəsində beş qitə üzrə 500 startapın seçilərək qlobal innovasiya ekosisteminə inteqrasiyası nəzərdə tutulur.
Son müraciət tarixi: 15 may 2026-cı il
Qeydiyyat üçün: https://startupschool.az/en/register