Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır: Elektron Ticarət” layihəsi çərçivəsində 15 iyun – 06 iyul 2020-ci il tarixlərində keçirilən təlimləri yekunlaşıb.
“Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimə 80-dək sahibkar qatılıb. Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.
Qeyd edək ki, təlimlər İTC-nin “e-commerce” üzrə ekspertləri Mohamed Es Fih, Eldar Adilzadə və Azexport.az portalının meneceri Ayxan Qədəşov tərəfindən ingilis dilində təşkil olunub.