İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Bakı Slavyan Universitetində keçirilən I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar konfransında çıxış edib.
İlyas Hüseynov Beynəlxalq Türkoloji Tədqiqatlar konfransında “Türk dünyası: yeni geosiyasi reallıqlar” istiqaməti üzrə Türk Dövlətləri Təşkilatı: prioritetlər, çağırışlar və perspektivlər (The Organization of Turkic States: Priorities, Challenges and Prospects) mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransının keçirilməsində əsas məqsəd türkologiya elminin tarixi inkişaf mərhələlərinin və müasir istiqamətlərinin elmi müstəvidə müzakirə olunduğu, türk dilləri, türk xalqlarının ədəbiyyatı, tarixi, etnoqrafiyası və mədəni özünəməxsusluğu ilə bağlı aktual problemlərin araşdırıldığı beynəlxalq elmi platforma yaratmaqdır.
Konfrans türk dünyasının aparıcı alimlərini, tədqiqatçılarını bir araya gətirməklə türkologiya elminin aktual problemləri üzrə multidissiplinar elmi dialoqun qurulmasını, türk xalqları arasında akademik əməkdaşlığın gücləndirilməsini, ortaq elmi layihələrin və tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini, türk dillərinin müasir problemlərinin və inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsini hədəfləyib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Yaxın zamanda Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransının materiallarının nəşri həyata keçirilək.