07 noyabr 2016, 10:35
Dünya Bankının Makroiqtisadi və Fiskal İdarəetmə üzrə mütəxəssisi, Naoko Kojo Azərbaycanda səfərdədir. Bu gün xanım Kojo İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub. Ölkədə iqtisadi prosesləri, iqtisadi siyasi məsələləri müzakirə etməkdə maraqlı olan qonaq İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ilə görüşdə Azərbaycanda yeni yaradılan Starteji Yol Xəritəsinin maraq doğurduğunu bildirib və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayib. Müzakirələrdə ölkədəki makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə edilib. Qonağa biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar barədə məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi