İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov Beynəlxalq Valyuta (BVF) Fondunun Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi beynəlxalq seminarda iştirak edib.
Seminar “Qeyri-müəyyənlik və uzunmüddətli fiskal trendlərin makro-fiskal proqnozlara daxil edilməsi” mövzusunda keçirilib. BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən müxtəlik ölkələrdən aidiyyəti sahə üzrə mütəxəssislər tədbirə cəlb edilib.
İştirakçılar qeyri-müəyyənlikləri və uzunmüddətli tendensiyaları makro-fiskal proqnozlaşdırma və təhlilə effektiv şəkildə daxil etmək üçün lazım olan bilik və bacarıqlara yiyələniblər. Bununla yanaşı, qeyd edilən istiqamət üzrə müxtəlif ölkə təcrübələri təhlil edilib və fikir mübadiləsi aparılıb.