İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı TAİEX proqramı çərçivəsində Azərbaycanda bu gündən fəaliyyətə başlayan missiyanın nümayəndələrini qəbul edib. Rəqabət mühitinin yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi və institutsional islahatlar sahəsində təqiqat aparacaq missiyaya iqtisadçı ekspertlər Filip Brüsik və Valentin Dereviankin daxildir.
Layihə çərçivəsində Azərbaycanda rəqabət sahəsinə dair mövcud qanunvericilik, institutsional struktrur və rəqabət siyasəti təhlil ediləcək, Aİ ölkələrinin və keçid dövründə olan dövlətlərin müvafiq təcrübələri paylaşılacaq. Missiyanın sonunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertləri ilə birlikdə tövsiyələr təqdim olunacaq. Avropa İttifaqı nümayəndələrinin bir sıra digər dövlət qurumları ilə də görüşlərinin keçirilməsi nəzərdə tutulub.