27 oktyabr 2016, 10:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı Asiya Beyin Mərkəzlərinin 4-cü Forumunda çıxış etmək üçün 2016-cı il oktyabrın 27-də Hindistan Respublikasının paytaxtı Dehli şəhərinə səfərə gedib. Vüsal Qasımlı Forumda Asiyada iqtisadi inkişaf trendləri, o cümlədən Azərbaycanda aparılan iqtisadi islahatlar və Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məruzə edəcək. Eyni zamanda İİTKM-in İcraçı direktorunun Asiyanın lider beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdimək üçün müzakirələri olacaq. 

Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişafı Forumunda təmsil edəcək.

 

İİTKM-nin İcraçı direktoru ilə bərabər Foruma Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Pakistan və başqa ölkələrin əsas beyin mərkəzlərinin rəhbərləri, həmçinin Hindistanın maliyyə naziri qoşulacaq. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az